Dövlət Gömrük Komitəsi xidmətə qəbulla bağlı müsabiqə keçirəcək


Dövlət Gömrük Komitəsi ərazi və ixtisaslaşmış gömrük idarələrində yaranan vakant iş yerləri üçün xidmətə qəbulla bağlı müsabiqə keçirəcək. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsi üçün sənədlərin qəbulu 17 oktyabr 2022-ci il saat 10:00-dan 21 oktyabr 2022-ci il saat 18:00-dək aparılacaq. Test imtahanı 06 dekabr 2022-ci il tarixdən başlayaraq keçiriləcək.
Test imtahanı mərhələsində iştirak etmək istəyən şəxslər Komitənin rəsmi internet səhifəsi üzərindən elektron formada müraciət edə bilərlər. Ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

https://customs.gov.az/az/komite/xidmete-qebul



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu