Kiyevdə ard-arda partlayışlar törədilib

Ukraynanın paytaxtı Kiyevdə daha 2 partlayış olub.
AFN UNİAN-a istinadən xəbər verir ki, dövlət qurumları yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edib.
Ukraynanın Xarkov vilayətinin bəzi rayonlarında su və işıq kəsilib. Bunu Xarkovun meri İqor Terexov teleqramda yazıb. Onun sözlərinə görə, 3 raket strateji əhəmiyyətli infrastukturlara dəyib.
*****
Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib.
AFN xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunun mərkəzində bir neçə partlayış olub.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb ki, bu, Rusiyanın qorxaqlığının və terror dövləti olmasının təzahürüdür: “Savaşı dayandırmaq üçün Rusiyaya daha çox silah çatdırmağa ehtiyac var”.
Qeyd edək ki, ötən gecə Zaporojyedə də partlayışlar olub. Bu partlayışlar Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegən körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur.