Ruhəngiz Qasımova Honq-Konqda vəfat edibmiş


Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova 82 yaşında dünyasını dəyişib.

AFN-in məlumatına görə, o, qızının yanında, Honq-Konqda vəfat edib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqramda bildirib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Saysız-hesabsız sevilən və hit mahnıların müəllifidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu