Moldovanın Baş naziri Azərbaycana gəlib


Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Azərbaycana rəsmi səfərə gəlib.



AFN xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nataliya Qavrilitsanı Baş nazirin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər qarşılayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu