MDB dövlət başçıları oktyabrın 14-də Astanada toplaşacaq

Moldova prezidenti Maya Sandu MDB dövlət başçılarının14 oktyabrda Astanada keçirləcək sammmitində iştirak etməyəcək.
Bu haqda Qazaxıstan XİN -nin rəsmi nümayəndəsi Aybek Smadiyarov bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, MDB-nin digər dövlət başçılarının hamısı zirvə görüşünə gələcək.
“Pandemiyadan sonra ilk dəfə canlı olaraq keçirələcək bu görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qırğızstan, Rusiya, Türkmənistan, Tacikstan və Özbəkistan prezidentlərinin iştirakı gözlənilir”-deyə o vurğulayıb.
Xatırladaq ki, oktyabrın 14-də Astanada prezident Tokayevin sədrliyi ilə MDB dövlət başçılarının iclası keçiriləcək.