Putin BƏƏ Prezidenti ilə görüşüb


Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin-Zaid əl-Nahayan ilə görüşüb.



AFN xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, görüş Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün təkbətək formatda keçdiyini söyləyib.

Məlumata görə, BƏƏ Prezidenti bir neçə gündür bu şəhərdədir.

Qeyd edək ki, oktyabrın 7-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi zirvə toplantısı keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu