"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub


Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu öncəsi heyətə yeni futbolçu dəvət edib.



"Report" yerli mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis müdafiəçi Aleksis Kalogeropulos əsas komanda ilə məşqlərə cəlb olunub.

18 yaşlı arxa xətt oyunçusu Pirey təmsilçisinin UEFA-ya göndərdiyi sifariş ərizəsinin B siyahısında yer alıb. Lakin gənc futbolçunun Bakıya gətirilib-gətirilməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu