Şuşa şəhərində səyyar ədliyyə xidmətləri təşkil edilib


Şuşa şəhərində səyyar ədliyyə xidmətləri təşkil olunub.


Ədliyyə Nazirliyi Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, Şuşada bərpa-quruculuq və minatəmizləmə prosesinə cəlb olunan mütəxəssislər, habelə tibb işçiləri nazirliyin elektron resursları tətbiq edilməklə notariat hərəkətləri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı xidmətlərindən faydalanıblar. Onlara hüquqi məsləhətlər verilib, elektron və mobil ədliyyə xidmətləri barədə məlumatlar təqdim olunub, müvafiq bukletlər paylanılıb, maraqlandırılan suallar cavablandırılıb.
Vətəndaşların məmnunluqla qarşıladığı səyyar xidmətlər ədliyyə işçiləri tərəfindən azad edilmiş ərazilərimizdə davam etdiriləcəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu