Bakıda sürət qatarı adamı vuraraq öldürdü


Oktyabrın 11-i saat 18:45 radələrində paytaxtın Nərimanov rayonunda yerləşən Keşlə dəmir yolu stansiyasının ərazisində orta yaşlı kişi sürət qatarının yoluna çıxıb.



AFN xəbər verir ki, nəticədə qatar yoluna çıxan Araz Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu