Taksi sürücüsü yükə görə sərnişinlərlə mübahisə etdi; kim haqlıdır? - VİDEO

Bakı qəsəbələrinin birində çəkilmiş görüntülərdə sürücü və sərnişinlər arasında olan mübahisə qeydə alınıb.
AFN avtosfer.az-a istinadən xəbər verir ki, Qazax rayonundan Bakıya gələn ana və qızı avtomobilin yük yerinə xeyli yük yığıb. Sürücü isə mənzil başına çatanda danışılan puldan daha artıq ödəniş tələb edib. Nəticədə ana və qızı sürücüyə öz etirazlarını bildiriblər və artıq pul istədiyinə görə onu ittiham ediblər.
Ardınca sürücü baqajın vəziyyətini əks etdirib. Məlum olub ki, daşınan yük kənd təsərrüfatı məhsulları olub: ayran, un, pendir və digər ərzaq malları baqaja dağılıb.
Həmin görüntüləri təqdim edirik: