Bakıda yol kəsən daha bir sürücü "lomla" hücum etdi - ŞOK VİDEO +18




Ardıcıl zərbələr endirərək arxa işıqlarını sındırıb

Zirə-Pirallahı yolunda qaydaları pozaraq əks istiqamətdə hərəkət edən sürücü görüntülənib. Avtosfer.az-a daxil olan məlumata görə, iyun ayının 5-i saat 13:26 radələrində 90 OX 705 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü əvvəlcə magistral yolda əks istiqamətdə hərəkət edərək digər sürücüyə təhlükə yaradıb. Daha sonra yoluna çıxdığı avtomobilin ardınca gələrək onu saxlayıb. Avtomobildən düşən sürücü nalayiq ifadələr və söyüşlə digər sürücünün təhqir edib. Bununla kifayətlənməyərək əlində götürdüyü dəmir əşya ilə əvvəlcə sürücüyə hücum edib. Sürücü hadisə yerindən uzaqlaşmaq istəyən zaman avtomobilə ardıcıl zərbələr endirərək arxa işıqlarını sındırıb.

İyunun 8-də həmin sürücü yenidən eyni yerdə əks istiqamətdə hərəkət edərkən 3 gün əvvəl üzərinə hücum çəkdiyi sürücü ilə yenidən qarşılaşıb. Bu dəfə də avtomobili saxlayaraq özünü haqlı çıxarmağa çalışıb. Özünü Şamaxılı Şaiq kimi təqdim edən şəxs hadisə zamanı düz etdiyini bildirib. Digər sürücünün polisə rəsmi şəkildə şikayət etdiyini öyrəndiyini deyərək bunu "kişiliyə yaraşmayan hərəkət" adlandırıb.

Mübahisə zamanı bir neçə dəfə "mən Şaiqəm" deyərək hədə qorxu gəlib. Hətta polislə də məsələni "həll edəcəyini" bildirib.
Qeyd edək ki, qarşı tərəf rəsmi şəkildə ərizə ilə Xəzər rayon Polis İdarəsinə müraciət edib.

Avtosfer.az-ın əldə etdiyi digər məlumata görə, hadisəni törədən Şaiq Qarayev adlı şəxsdir. Zirə qəsəbəsində "Şamaxılılar" adlanan ərazidə yaşayır. 2018-ci ilin dekabr ayının 1-də Zirə qəsəbəsi ərazisində yaxın qohumları və dostları ilə əyləncə məclisi təşkil edib. Daha sonra mübahisə yaranıb. Hadisəyə müdaxilə edən polis Şaiq Qarayevi saxlayıb. Digər 5 nəfər isə avtomobilə əyləşərək hadisə yerindən qaçıblar. Əks istiqamətdə çıxaraq hərəkət edərək qəza törədib və 4 nəfər hadisə yerində ölüb.//avtosfer.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu