Türkiyə və Qazaxıstan arasında 6 sənəd imzalanıb


Türkiyə və Qazaxıstan arasında 6 sənəd imzalanıb.


“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Qazaxıstanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında sənədlərin imzalanması tədrbirindən sonra keçirilən mətbuat konfransında bildirib.

O, Qazaxıstanın birinci dərəcəli “Dostluq” dövlət nişanı ilə təltif olunmasını “sürpriz” adlandırıb: “Bu mənim üçün çox fərqli bir sürpriz oldu”.

Türkiyə lideri iki ölkə arasında əməkdaşlığın dərinləşməsindən danışaraq bu gün 6 müqavilə imzaladıqlarını söyləyib: “Ümumilikdə ölkələrimiz arasında imzalanan müqavilələrin sayı 20-yə çatıdı”.

Ərdoğan deyib ki, Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi ötən il 5 milyard dollar səviyyəsini aşıb: “Hədəfimiz 10 milyard dollara doğru əmin addımlarla irəliləyirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu