Xüsusi nümayəndələrin görüşü Türkiyə və Ermənistanda keçiriləcək


“Ermənistanla hazırda imzalayacağımız hər hansı bir saziş yoxdur”.



“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə birgə mətbuat konfransı zamanı deyib.

“Münasibətlərin normallaşması üçün hansı addımları atacağımızı müzakirə edirik və müəyyən addımlar atırıq. Bundan sonra iki ölkənin xüsusi nümayəndələri arasındakı görüşlər Türkiyə və Ermənistanda keçiriləcək. Biz Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində səmimiyik. Bütün bu məsələlərdə Azərbaycanla müzakirələr apararaq irəliləyirik”, - deyə Çavuşoğlu söyləyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüşlər üçüncü ölkədə keçirilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu