MN: "Azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat yolları çəkilib"


Azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat yolları çəkilib.


Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə cari ilin oktyabr ayı ərzində 50 km-dən çox, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat yolları çəkilib.

Bundan başqa yeni çəkilən təminat yollarına oktyabr ayı ərzində 81 ədəd, ümumilikdə isə 1 796 ədəd yol tanıtma nişanları quraşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu