Sərhəd delimitasiyası üzrə Komissiyanın iclası oktyabrın 31-də Brüsseldə keçirilə bilər


“Azərbaycan hakimiyyətinə oktyabrın 31-də Brüsseldə sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın keçirilməsini təklif etmişik”.


Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Tviter”də yazıb.

Qeyd edək ki, sentyabrın 28-də Ağ Evdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında görüş keçirilib. Onlar ilin sonuna qədər sərhədin delimitasiyası və sülh müqaviləsi bağlanması barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu