MN: "Azərbaycan Ordusunun erməni mövqelərinə atəş açması tamamilə yalandır"
"Oktyabrın 17-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır".
Bu barədə AFN-ə Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.