Türkiyənin XİN başçısı Azərbaycan səfirliklərinə hücumları qınayıb


“1961-ci il tarixli Vyana Konvensiyasına əsasən, diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkənin vəzifəsidir”.



Bunu “Report”un Türkiyə bürosunun əməkdaşının sualına cavab olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, ölkələr Azərbaycan səfirliklərinə hücumların qarşısını almalıdır: “Diplomatik missiyalara hücumlar qəbuledilməzdir. Diasporun bir qismi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Əlbəttə, onlar Ermənistanın Cənubi Qafqazda təcrid vəziyyətində qalacağı barədə düşünmürlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu