Leyla Abdullayeva təyinata görə Azərbaycan Prezidentinə təşəkkür edib


“Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.


Bu barədə Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Leyla Abdullayeva tviterdə bildirib.

“Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - səfir qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu