Türkiyə MN: "Azərbaycanın yanında olacağıq"


Türkiyə səfirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.



AFN xəbər verir ki, bu barədə səfirlik "Twitter"də paylaşım edib.

“Müstəqilliyin Bərpası Günü münasibətilə bütün azərbaycanlı bacı-qardaşlarımızı ürəkdən təbrik edir, müstəqilliyin əbədi olmasını diləyir, bu yolda canlarını fəda edən bütün şəhidləri ehtiramla yad edirik. Yaşasın müstəqil Azərbaycan!”, - paylaşımda deyilir.

Bundan başqa, Türkiyə Milli Müdafiə Nazirliyi də Azərbaycanı təbrik edib.

Təbrikə deyilir: “Özümüz bir… Sözümüz bir… Gücümüz bir… Qardaş Azərbaycanı təbrik edir və nəcib Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” anlayışı ilə kədərdə də, sevincdə də Azərbaycanla bir və bərabər olmağa davam edəcəyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu