Ermənilər sərhəddə YENİ TƏXRİBATA hazırlaşır - ŞOK DETALLAR


“Ermənilər Azərbaycanla sərhəddə qoşun cəmləşdirməklə bir ay əvvəl itirdikləri mövqeləri geri qaytarmaq istəyirlər”.



Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Ermənistan Fransanın və Amerika Birləşmiş Ştatlarının onlara verdiyi vədlərdən sonra xeyli “ürəklənib”:

“Açığını deyim ki, artıq İrəvan sülh məsələsində də cığallıq etməyə başlayıb. Ermənilər hazırda bir-birinə zidd olan bəyanatlar irəli sürürlər. Düşünürəm ki, Fransa prezidenti Emmanuel Makronun sonuncu çıxışından sonra Brüssel prosesi də ciddi təhlükə altına düşüb. İrəvan bunu hədəf götürərək öz hərbi güclərini artırmaq istəyir. Ermənistanın müdafiə naziri Hindistana gedib. Müdafiə gücünü artırmaq üçün İrəvan hətta Avropa ölkələri ilə danışıqlara başlayıb. Belə görünür ki, ermənilər yenidən “sərhəd əməliyyatları” həyata keçirmək istəyirlər. Bununla da 1 ay əvvəl itirdikləri mövqeləri yenidən ələ keçirməyi planlaşdırırlar”.

Qabil Hüseynlinin fikrincə, həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləridir: “Sadəcə olaraq işğal dövründə ermənilər dövlət sərhədini də bir qədər irəli çəkiblər. Üstəlik, Avropa Birliyinin mülki missiyasının tərkibi də təsdiqlənib. Onların ilk nümayəndələri Ermənistana gəlməkdədir. Bir sözlə, “arxalı köpək” qurd basmaq istəyir. Ermənilər sanki yenidən ürəklənərək hərbi əməliyyatlara can atırlar. Görünən odur ki, Bakıdan fərqli olaraq İrəvan sülh haqqında düşünmür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu