İdman dərsində ölən məktəbli qızla bağlı prokurorluqdan açıqlama


Oğuz rayonunda 11-ci sinif şagirdinin dərsdə ölüm faktı ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də rayonun Çaldaş kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 2006-cı il təvəlüdlü Əzizova Zarema Əhməd qızı oxuduğu kənd orta məktəbində idman dərsində qəflətən ürək çatışmazlığından ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu