Sumqayıta maşınları vura-vura gedən sürücü kimdir? - Video

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən AFN-ə verilən məlumata görə, hadisəni Elməddin Abbasov adlı şəxs törədib.
“Sürücü idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb və maneəyə çırpılıb. Nəticədə yalnız özü xəsarət alıb. Digər avtomobillərə isə maddi ziyan dəyib. Hadisənin baş vermə səbəbi araşdırmadan sonra məlum olacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Hazırda faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.