Əhməd İsmayılov media qarşısında bildirdi ki... – Rəşad Məciddən reyestr açıqlaması


"Media haqqında" Qanuna əsasən, 6 ay müddətində qeydiyyat üçün Media Reyestrinə müraciət etməyən KİV-lərin aqibətinə MİA-nın təqdimatı əsasında məhkəmədə baxılacaq.


AFN.az xəbər verir ki, bu barədə Turan İnformasiya Agentliyi Medianın İnkişafı Agentliyinə istinadən məlumat yayıb. Maraqlıdır ki, sözügedən qanunda bununla bağlı hər hansı müddəa yoxdur. MEDİA-nın Kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyeva məsələyə aydınlıq gətirməyə çalışıb. (Həmin yazı ilə buradan tanış ola bilərsiniz).
Mövzu ilə bağlı Mətbuat Şurasının sədri Rəşad Məcidin mövqeyini öyrəndik. AFN.az-a açıqlamasında R.Məcid bildirdi ki, məsələ ilə bağlı MEDİA-nın daha dəqiq şərhinə ehtiyac var: “Çünki MEDİA ilə Mətbuat Şurası memorandum imzalayarkən Agentliyin icraçı direktoru Əhməd İsmayılov media qarşısında bildirdi ki, reyestrə düşməyənlər də jurnalist fəaliyyəti ilə məşğul ola biləcəklər. Ona görə bu açıqlamalar və Turan-ın qənaəti, fikrimcə, düz gəlmir və dəqiqləşdirmələr aparıldıqdan sonra dəqiq fikir söyləyə bilərik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu