Əhməd İsmayılovla bağlı şok iddia: dost-tanışı başına yığıb...


Medianın İnkişafı Agentliyinin sədri ilə bağlı ciddi ittiham səsləndirilib.


AFN criminal.az-a istinadən xəbər verir ki, agentlikdə bir müddət əvvəl aparılan ixtisarlar məqsədli olub. Saytın məlumatında bildirilir ki, MEDİA-nınicraçı direktoru Əhməd İsmayılov ətrafına 50-yə yaxın dost-tanışını toplayı. "Onlara hər ay 2500-3000 manat maaş yazıb. Beləcə 1 ilə yaxın Əhməd İsmayılov dost-tanışına maaş verib. Bunun qarşısılığında isə hər hansı bir faydalı iş görülməyib. Üstəlik MEDİA üzərindən media qurumlaırna ayrılmalı vəsaitlər də dost-tanışın maaşına yönəldilib. Buna görə də MEDİA-ya Maliyyə Nazirliyindən ayrılan böyük vəsaitlər tez bir zamanda “əriyib.
MEDİA Maliyyə NAzirliyinə müraciət edərək vəsait tələb edib. Bu zaman Maliyyə Nazirliyi MEDİA-ya ayardığı vəsaitin hesabatını tələb edib və məlum olub ki, Əhməd İsmayılov büdcə vəsaitini dost-tanışına ayırıb. Məsələ ölkə rəhbərliyi səviyyəsinə çıxarılıb və bundan sonra MEDİA-da ixtisarlar başlayıb" - deyə sayt yazır.

Səslənən iddialarla bağlı Ə.İsmayılovun mövqeyini öyrənmək istəsək də, zəngimizə cavab vermədi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu