MEDİA-da nə baş verir? - Ödənişlər gecikir, "yoxlama aparılır" deyilir...


Maliyyə Nazirliyi Medianın İnkişafı Agentliyində yoxlama aparıb.


AFN-ə bu barədə məlumat verən mənbənin sözlərinə görə, yoxlama bir neçə gün çəkib: "Nəticəsi necə olubsa, iki aydır KİV-lərə ayrılan vəsaitlər köçürülmür. Əslində qurumdan KİV-lərə bildiriblər ki, vəsaitin gecikməsinə səbəb MEDİA-da aparılan maliyyə yoxlamasıdır. Yoxlamanın aparılması və nəticələri barədə ictimaiyyətə məlumat verilməyib".
Maliyyə Nazirliyinin mətbiat xidmətinin rəhbəri Mais Piriyev AFN-ə açıqlamasında bildirdi ki, MEDİA-da yoxlama aparılması ilə bağlı onda məlumat yoxdur: "Agentlik yeni yaradılan qurumdur, orada maliyyə yoxlamasının aparılması inandırıcı deyil. Üstəlik, KİV DF-də aparılan yoxlamalar hələ təzə başa çatıb". M.Piriyev məsələ ilə bağlı dəqiqləşdirmə aparıb sonra daha detallı açıqlama verəcəyini bildirsə də, sonradan heç bir məlumat vermədi.
MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva isə bildirdi ki, qurumda hər hansı maliyyə yoxlaması aparılmayıb: "Bəli, saytlara ayrılan vəsaitlərin ödənişi gecikir, təxminən iki aya yaxındır, amma bunun hər hansı yoxlama ilə əlaqəsi yoxdur. Lazım olan tədbirlər görülür, ən qısa zamanda bütün vəsaitlər ödənəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu