KİV-lərə ayrılan vəsaitlər iki aydır köçürülmür: Əhməd İsmayılova vaxt verildi


Medianın İnkişafı Agentliyi (MEDİA) KİV-lərə ayrılan vəsaitlərin ödənişini gecikdirir.


Bununla bağlı AFN-ə məlumat verən mənbənin sözlərinə görə, bir sıra KİV-lərə hələ sentyabr ayı üzrə ödənişlər edilməyib: "Səbəbi bəlli deyil. Artıq iki aydır ödəniş edilmir. Bu problemin bütün KİV-lərlə bağlı olduğunu deməyə çətinlik çəkirəm, çünki bəzilərinə verildiyi bildirilir. Əsasən problemin saytlarla bağlı olduğu deyilir. Bu gün (dünən-red.) MEDİA-nın icraçı direktoru Əhməd İsmayəlov Prezident Administrasiyasına çağrılaraq irad bildirilib. Ona noyabrın 5-nə kimi vaxt qoyulub, bu müddət ərzində ödənişlərin edilməsi tapşrılıb".
Mənbə bildirib ki, ödəniş zamanı sənədləşmə işlərinin qəlizliyi də bezdiricidir: "Çox incidirlər KİV-ləri. Həddən artıq xırdaçılığa yol verilir, təkrar sənədlər toplanır hər ay. Bu, süründürməçilikdən başqa bir şey deyil".
Qeyd edək ki, bu haqda məlumat redaksiyamıza iki gün əvvəl də verilmişdi. Məsələni aydınlaşdırmaq üçün MEDİA-ya zəng etsək də, cavab verən olmadı. Agentliyin mövqeyini dərc etməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu