Erməni komandirdən etiraf: “Azərbaycan tərəfi elə keyfiyyətli yollar salıb ki...” - FOTO


Biz dənizdən istifadə etməliyik. Bu tıxac probleminin aradan qaldırılmasına ciddi dəstək ola bilər. Qonşumuz Türkiyənin belə bir təcrübəsi var, biz də bundan yararlanmalıyıq.



AFN xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Elşən Musayev səsləndirib.

O xatırladıb ki, təklifini bundan əvvəl də səsləndirib:

“Əslində bunun üçün bir neçə dayanacaq qurmaq lazımdır. Bu halda Bakıdan Sumqayıta, eləcə də Günəşli, Əhmədli və digər nöqtələrə dəniz vasitəsilə gediş-gəliş mümkün olar, avtomobil yollarının yükü də azalar”.

Deputat eyni zamanda təklif edib ki, insanlar arasında ictimai nəqliyyat təşviq edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu