Naxçıvan Ali Məclisinin adının dəyişdirilməsi təklif edilir


“Xalqımız doğrudan da dövlət idarəetməsində islahatların aparılmasının zəruriliyni qeyd edir”.


Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında bildirib.

Deputat qeyd edib ki, azad edilən ərazilərdə yaradılan iqtisadi rayonların bazasında 15 yeni region yaradılmalıdır:

“Həmin regionların da məclisləri olsun. Həmçinin Naxçıvan Muxtar Respublikasının indiki Ali Məclisi də məclis adlandırılsın. Bu məclis də birbaşa xalq tərəfindən seçilsin. Məclisin və regionların rəhbərləri də məhz bu məclislərdə seçilsinlər. Bu halda insanların dövlət idarəetməsinə yaxınlaşması və əlçatanlığı ola bilər”.

“Təəssüf ki, Azərbaycanda bürokratik aparat siyasi qüvvəyə çevrilib. Nə qədər gec deyilsə, bunun qarşısını almaq lazımdır. Hesab edirəm ki, Azərbaycan Respublikası Milli Məclsinin adının da dəyişdirilməsinə ehtiyac var. Milli Məclis Ali Məclis adlandırılmalıdır”, - parlamentari əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu