Yenidoğulmuş körpə həkim səhlənkarlığından ölüb


Qazaxda doğum vaxtı körpənin səhlənkarlıqdan ölməsi ilə bağlı cinayət işi başlanıb.


Rayon prokurorluğundan AFN.az-a verilən məlumata görə, Qazax rayon sakini Könül Şabanovanın 19 iyun 2022-ci il tarixdə Qazax rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı araşdırma aparılıb. Müəyyən edilib ki, xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməyib, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməyib, həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməyib.

Qeyd olunan səbəblərdən körpənin real vəziyyəti düzgün qiymətləndirilməyib və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu