Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başladı - FOTOLAR


Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.


Müdafiə Nazirliyindən AFN.az-a verilən məlumata görə, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu