Bir neçə rayonda silsilə oğurluqlar edən şəxs saxlanılıb


Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Abşeron rayon sakin Elnur Nöhbalayev saxlanılıb.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AFN-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin Quba rayonu ərazisində mağazaya qapını sındırma yolu ilə daxil olaraq oradan 100 manat pul, eləcə də 1000 manat dəyərində ərzaq və qeyri ərzaq məhsulları oğurladığı müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs bundan başqa, Sumqayıt şəhərində və Xızı rayonunda da müxtəlif vaxtlarda obyektlərə daxil olaraq oradan oğurluq edib və zərərçəkmişlərə külli miqdarda ziyan vurub.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elnur Nöhbalayevin barəsində həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu