Prezidentin xüsusi nümayəndəsi Qubadlının azad olunmasının ildönümü ilə bağlı paylaşım edib - FOTO


Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında Qubadlı şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı paylaşım edib.



AFN xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu