Bakıda bıçaqlanaraq öldürülən 16 yaşlı qızla bağlı YENİ DETALLAR - 6-cı sinifdə oxuyanda... - VİDEO


Ötən həftə Abşeron rayonu Hökməli qəsəbə sakini Murad Həsənov 16 yaşlı nişanlısı Həsrət Rəcəbovanı xüsusi amasızlıqla öldürüb.



AFN xəbər verir ki, qətli törədən Murad qohumu həsrətlə 2 il əvvəl nişanlanıb. Bir müddət əvvəl isə qız nişanı qaytardığına görə tərəflər arasında dəfələrlə münaqişə yaşanıb.

İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin prokuroru Elşad Rüstəm bildirib ki, 16 yaşı tamam olmamış qız yaşadığı evdə 4 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Qeyd olunur ki, H. Rəcəbova 6-cı sinifdə təhsildən yayındırılıb və 14 yaşında nişanlanıb.

Prokurorun sözlərinə görə, azyaşlının məktəbdən yayınması ilə əlaqədar səhlənkarlığa yol vermiş vəzifəli şəxslər barədə tədbirlər görüləcək.

Ətraflı süjetdə:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu