Abşeronda 16 yaşlı nişanlısını öldürən oğlan saxlanılıb


Azərbaycanda 26 yaşlı oğlan 16 yaşlı nişanlısını öldürüb.



Bu barədə AFN-ə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.



Bildirilib ki, oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad, soyadı şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.



Aparılan araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N.-i qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.



Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.



Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.



İş üzrə istintaq davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu