60 qəpiklik marşrut xəttinin tıxacların azalmasına əhəmiyyətli təsiri olmayacaq - EKSPERT


Yeni ekspress marşrutun sıxlıqla bağlı hər hansı bir əlaqəsi yoxdur.


Bunu AFN.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xəttinin fəaliyyətə başlayacağı ilə bağlı xəbəri şərh edən ekspert bildirib ki, bu marşrutun şəhərdəki tıxacların aradan qaldırılmasında əhəmiyyətli təsiri olmayacaq: "Hər halda istəlinən marşurut xəttinin açılması müsbətdir. Vətəndaşların bir nöqtədən digər nöqtəyə çatdırılmasını bir az rahatlaşdıracaq. Yaxşı olardı ki, ekspress xəttlərinin avtobusları da çox olsun, davamlı olsun. Marşuruta buraxılacaq avtobusların sayı az, interval çox olacaqsa, istifadəçilərin sayı da azalacaq. Beləliklə, həmin marşrut rentabilli olmayacaq".

FƏRAHİM



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu