Gələn ilin dövlət büdcəsi rekord həddə böyüyür - VİDEO


Gələn ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq. Çünki dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi hesab olunur.


Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, büdcə xərcləri 33 milyard manat olacaq. Büdcə xərclərinin artması fərqli istiqamətlərə büdcədən daha çox vəsaitin ayrılmasına imkan verəcək.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

2023-cü ildə işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bundan başqa, səhiyyə xərcləri 11,5 faiz artırılır. Dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu