“WhatsApp”ın işləməməsinin səbəbi məlum olub


Ötən gün "WhatsApp" messencerində yaranan problem tətbiqin sahibi "Meta" şirkətində baş verən texniki nasazlıq səbəbindən olub.



AFN xəbər verir ki, bu barədə çərşənbə axşamı "Bloomberg" agentliyi şirkətin nümayəndəsinə istinadən məlumat yayıb.

"Bilirik ki, bu gün insanlar "WhatsApp"da mesaj göndərməkdə çətinlik çəkiblər. Problemi həll etdik və narahatlığa görə üzr istəyirik. (Mesencerin işininin - red.) qısa müddətli dayanması bizim tərəfimizdən texniki problemin nəticəsi idi", - deyə şirkətin nümayəndəsi bildirib.

Qeyd edək ki, bu gün saat 10:00-da dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp” sosial şəbəkəsinin işində problem yaranıb. Nasazlığın yaratdığı fasilə iki saat davam edib.

Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkədə ötən il problem yaranıb və "WhatsApp" 6 saat işləməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu