Simonyan Zatulinin və digərlərinin Ermənistana giriş qadağasını şərh edib


Ermənistan öz suverenliyinə qarşı hörmətsiz münasibətə biganə qala bilməz.


Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Dövlət Dumasının MDB işləri üzrə müavini Konstantin Zatulinə ölkəyə giriş qadağasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan öz suveren ərazisinə qarşı hörmətsiz münasibətə biganə qala bilməz və Ermənistan Respublikasının sərhədləri “qırmızı xətt”dir.

“Ona görə də bütün dostlar, tərəfdaşlar bu reallığı nəzərə almalıdırlar”, – Simonyan qeyd edib.

Ermənistan parlamentinin spikeri RT-nin baş redaktoru Marqarita Simonyanın “azruolunmaz şəxs” elan olunması haqqında məlumatının olmadığını vurğulayıb. Lakin o, istisna etməyib ki, bu, Simonyana, onun əri Tiqran Keosayana, həmçinin “müxtəlif ölkələrin erməni soyadlı və manqurt agentləri”nə, eləcə də Ermənistana, onun müstəqilliyinə, ölkənin keçmiş rəhbərlərinə qarşı hörmətsiz münasibət göstərəcək digər şəxslərə də şamil edilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu