“Çingiz Abdullayev jurnalistdən üzr istəməlidir” - Rauf Arifoğlu
Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir.
Bunu Bakupost.az -a açıqlamasında “Yeni Musavat” qəzetinin baş direktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu deyib.
Xalq yazıçısının jurnalistlə verdiyi cavabın qeyri-etik olduğunu bildirən R.Arifoğlu jurnalistin ünvanladığı sualda heç bir yanlışlıq olmadığını vurğulayıb:
“Mən bu nümunədə jurnalistdə heç bir günah, yanlışlıq görmürəm və onun verdiyi sual da etika çərçivəsidə idi. Çingiz Abdullayevin cavabı isə qeyri-etik, təhqiramiz və yanlış idi. Hesab edirəm ki, Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”.