Ceyhun Bayramov Blinkenin köməkçisi ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Antoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.



AFN xəbər verir ki, bununla bağlı C.Bayramov tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, K.Donfrid ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri haqqında müzakirə aparıb:

“Mən ölkəmin regionumuzda sülh və sabitliyə nail olmağa sadiqliyini və tam hazır olduğunu bir daha təsdiqlədim”, - XİN başçısı qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu