Nikol Paşinyan İrana gedib


Ermənistanın Baş naziri Nikol Paşinyan İranın paytaxtı Tehrana işgüzar səfərə yola düşüb.



AFN “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat Xidmətindən bildirilib.

N.Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, N.Paşinyan sonuncu dəfə 2021-ci ilin avqustunda İranda işgüzar səfərdə olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu