Mirmahmud Mirəlioğlunun səhhəti necədir? - Özü danışdı
"Yavaş-yavaş səhhətim qaydasına düşür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. Sədr artıq işə çıxdığını bildirib:
"Hamıya təşəkkür edirəm, xəstə olan vaxtlarda mənimlə maraqlanıblar. Çətin günlər arxada qaldı, özümü yaxşı hiss edirəm. Artıq ara-sıra partiyaya gedirəm, üzlərimizlə görüşürəm”.
Qeyd edək ki, bir müddət bundan öncə Mirmahmud Mirəlioğlunun səhhətində problemlər yaranıb. Bununla bağlı partiya sədri Türkiyənin Ankara şəhərində müalicə olunub. Mirmahmud Mirəlioğlu qardaş ölkədə əməliyyat olunub və bir neçə gün əvvəl vətənə dönüb.