Türkiyə tarixində ilk dəfə mülki müdafiə təlimi keçiriləcək


Türkiyə tarixində ilk dəfə ölkə üzrə mülki müdafiə təlimi keçiriləcək.



AFN.az-a “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu fövqəladə hallarla bağlı seminardakı çıxışında bildirib.

Onun sözlərinə görə, təlimlər noyabrın 12-i saat 18:57-də başlayacaq: “Təlimlə bağlı radiolar, televiziyalar elan verəcək”.

Nazir deyib ki, həmin gün Düzcədə baş verən zəlzələnin 23-cü ildönümüdür.

Xatırladaq ki, 1999-cu il noyabrın 12-i saat 18:57-də Türkiyənin Düzcə bölgəsində 7,2 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 845 nəfər ölmüş, 4 948 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu