Dünyada yaxın tarixdə baş verən böyük zəlzələlər


Dünya yaxın tarixdə çoxsaylı dağıdıcı zəlzələlərlə sarsılıb.


AFN.az baş verən ən dəhşətli təbii fəlakətlərlə bağlı məlumatı təqdim edir.

21-ci əsrin ən güclü zəlzələlərindən biri 2004-cü il dekabrın 26-da İndoneziyada baş verdi. İndiyə qədər qeydə alınan ən uzun zəlzələnin episentri 9,1 bal gücündə Sumatrada olub. Təxminən 10 dəqiqə davam edən zəlzələdə 230 min insan həyatını itirib.

Zəlzələ nəticəsində metrələrlə yüksələn nəhəng dalğalar Asiyanın şimalında və Afrikanın şərqində yerləşən 14 ölkə ilə yanaşı İndoneziyaya da təsir etdi. Zəlzələ və sunami səbəbindən 1 milyon 700 min insan evsiz qaldı.

2010-cu ildə Haiti zəlzələsi

12 yanvar 2010-cu ildə Haiti 7 bal gücündə zəlzələ ilə sarsıldı. Paytaxt Port-au-Prinsdə baş verən zəlzələdə 316 min adam öldü, 300 min nəfər yaralandı.

27 fevral 2010-cu ildə Çilidə baş verən 8,8 bal gücündə zəlzələ nəticəsində 500-dən çox insan həyatını itirdi, minlərlə insan yaralandı.


Yaponiyada 9 zəlzələ nüvə sızmasına səbəb oldu

2011-ci il martın 11-də Yaponiyanın Tohoku bölgəsində 9 bal gücündə zəlzələ baş verdi. Okeanın dibində 1 kilometrlik çat yaradan zəlzələdən sonra sunami ölkənin şimal-şərq sahillərini vurdu. Zəlzələ və sunami səbəbiylə 19 min insan həyatını itirdi, Fukuşima Atom Elektrik Stansiyasında sızma meydana gəldi.

Çilidə 9,5 bal gücündə zəlzələ

1960-cı ildə Çilidə baş verən 9,5 bal gücündə zəlzələ bütün zamanların ən böyük zəlzələsi kimi qeydə alınıb. Zəlzələdən sonra baş verən və hündürlüyü 10 metrə çatan sunami 10 min kilometr əraziyə yayılıb. Zəlzələdə 1655 nəfərin həyatını itirdiyi məlumdur.

Alyaska 9,2 bal ilə silkələnib

Dünya tarixində ölçülə bilən ikinci ən böyük zəlzələ 1964-cü ildə Alyaskada qeydə alınıb. 9,2 bal gücündə zəlzələ təxminən 3 dəqiqə davam edib.

Türkiyədə bu il baş verən zəlzələ

Bu il fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdə 50 783 nəfər həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu