Nazir Aparat rəhbərini işdən çıxardı


Gənclər və İdman Nazirlyinin Aparat rəhbəri işdən çıxarılıb.



AFN.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Rüfət Həsənov vəzifəsindən azad edilib. Aparat rəhbərinin müvəqqəti əvəzedicisi vəzifəsinə isə nazirliyin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Fidan Rüstəmli təyin edilib.

Qeyd edək ki, Rüfət Həsənov mərhum gənclər və idman naziri Azad Rəhimovun əmri ilə 2016-cı ildə nazirliyin iqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq Aparat rəhbəri təyin edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu