“Soçidə XİN rəhbərlərinin görüşü olmayıb”
“Oktyabrın 31-i Soçidə Rusiya, Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin iştirakı ilə nümayəndə heyətlərinin görüşü və yaxud danışıqları olmayıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
“Soçidə üç ölkənin XİN rəhbərlərinin görüşünə gəldikdə isə, bu görüş və yaxud nümayəndə heyətləri arasında danışıqlar deyildi, bu, üç nazirin apardığı söhbət idi. Və əlbəttə, bu söhbət ölkə liderləri arasında aparılan danışıqlar kontekstində baş tutub”, - deyə Zaxarova qeyd edib.