“XTQ-nin təlimləri Ermənistan və onun havadarlarına mesaj kimi qəbul edilə bilər”- Ədalət Verdiyev


Xəbər verdiyimiz kimi, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.


AFN.az -a bununla bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyev təlimin planlı olduğunu və heç bir dövlətə yönəlmədiyini bildirib: “XTQ bu təlimləri Azərbaycanın suveren ərazisində keçirir. Heç bir halda başqa bir dövlətə qarşı yönəlməyib. Biz daha əvvəllər də bu təlimləri sərhədlərimizdə keçirmişik. Müdafiə Nazirliyinin döyüş hazırlığı planında öz əksini tapıb. İstənilən halda, bu təlimlər Ermənistan və onun havadarlarına mesaj kimi qəbul edilə bilər“.

FƏRAHİM



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu