Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutublar - RƏSMİ


Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu