Milli Məclisdə məktəblərdəki neqativ hallarla bağlı dinləmə keçiriləcək
“Məktəblərdə baş verən neqativ hallarla bağlı komitədə dinləmə keçirəcəyik”.
AFN xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, Elm və Təhsil Nazirliyi ilə fikir mübadiləsi aparacağıq: “Cəmiyyəti narahat edən məktəblərdəki vəziyyətlə bağlı lazım olarsa, qanunvericiliyi təkmilləşdirəcəyik”.