Azərbaycan Ordusunun təminatının daha da gücləndirilməsi təklif olunur


"Ermənistan bu gün həm İrandan, həm də Hindistandan yeni silahlar almağı düşünür. Təbii ki, həmin silahların da Azərbayana qarşı tuşlanması nəzərdə tutulur. Ona görə də təklif edirəm ki, ordumuzun təminatı daha da gücləndirilməlidir".



“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh ölkənin ordusunun gücü və texnikasındadır: “Büdcədə həbi sahə üçün ayrılan vəsaitin hərbçilərin ailələrinin sosial təminatı və ezamiyyə xərclərinin artırılmasına təsiri olmalıdır. Nazirlər Kabinetinin qəbul etdiyi ezamiyyə tarifləri sovet hakmiyyəti dövründən qalandır və bu da bugünkü qiymətlərə uyğunlaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, əvvəl 50 manata kirayə qalan şəxs bu gün 200 manat vəsaitindən keçməli olur. Hərbçi ailələrinin sosial təminat xərcləri mütləq nəzərə alınmalıdır”.

S.Novruzov həmçinin bildirib ki, bu gün ölkədə təxminən 100 min müharibə veteranı var: “Həmin şəxslər üçün nəzərdə tutulan müəyyən güzəştlər ləğv edilərək müavinət formasına keçildi. Mütəmadi qiymət artımını nəzərə alaraq müavinət məbləğinin artırılmasını təklif edirəm. Belə ki, həmin rəqəmin 130-150 manata çatdırılması onların sosial təminatlarına kömək etmək olar”.

Eyni zamanda deputat tələbələrə verilən təqaüd məbləğinin artırılmasını da təklif edib: “Yaxşı alim, ziyalı, hərbçi yetişdirmək istəyiriksə, dəstəyimizi indidən göstərməliyik. Hələ də kampus və yataqxanalar çox deyil və bu məsələ gündəmdə olmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu